...

Türkiyənin şərqində yenidən güclü zəlzələ olub

Hadisə Materials 21 Sentyabr 2013 12:17 (UTC +04:00)
Sentyabrın 20-də Türkiyənin şərqindəki Van vilayətinin Otluca rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Türkiyənin şərqində yenidən güclü zəlzələ olub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A. Tağıyeva/

Sentyabrın 20-də Türkiyənin şərqindəki Van vilayətinin Otluca rayonunda 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend şənbə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.

Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 5:15-də yerin təqribən 5 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti