...

Şəki-Qax yolunda yol qəzası baş verib, bir nəfər xəsarət alıb

Hadisə Materials 22 Sentyabr 2013 12:01 (UTC +04:00)
Trend Kanal S-ə istinadən məlumat verir ki, bazar günü səhər Şəki-Qax yolunda yol qəzası baş verib.
Şəki-Qax yolunda yol qəzası baş verib, bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Trend Kanal S-ə istinadən məlumat verir ki, bazar günü səhər Şəki-Qax yolunda yol qəzası baş verib.

Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı Naxçıvan MR-ın Şahbuz rayon sakini Seyidli Mirheydər Rəhim oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə Qax istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı evlərdən birinin hasarına çırpılıb.

Nəticədə avtomobildə olan 3 sərnişindən biri Dağıstan respublikası sakini Şaxbayadova Pəri Nürəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sürücü və digər iki sərnişin Dağıstan respublika sakinləri Şaxbayadov Yusif Muradəliyeviç və Şaxbayadova Zöhrə Nəbiyevna xoşbəxtlikdən heç bir xəsarət almayıb.

Qəzanın ilkin olaraq sürücünün sükan arxasında yatması və ya idarəetməni itirməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı Şəki şəhər rayon polis şöbəsi tərəfindən araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti