Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Rumıniya və Türkiyəyə məxsus tankerlər Mərmərə dənizində toqquşub. Bu barədə Trend Türkiyənin "CNN TÜrk" telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatında görə, Rumıniyaya məxsus "Omega Livestock" adlı tanker yüklə Rumıniyadan Suriyaya istiqamətlənibmiş.
Məlumata görə, toqquşma nəticəsində hər iki tankerə ciddi ziyan dəyib və onlar sahilə yedəkləniblər.
Telekanalın məlumatına görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.