...

Ziyarətçilər Eyfel qülləsindən təxliyə olunublar

Hadisə Materials 13 Oktyabr 2013 20:58 (UTC +04:00)
Parisdə bazar günü hədəli zəngdən sonra Eyfel qülləsindən ziyarətçilər təxliyə olunublar.
Ziyarətçilər Eyfel qülləsindən təxliyə olunublar

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Parisdə bazar günü hədəli zəngdən sonra Eyfel qülləsindən ziyarətçilər təxliyə olunublar. Trend-in RİA Novosti agentliyinə istinadən, bu barədə Frans Press agentliyi xəbər verir.

Dünyaca məşhur diqqətəlayiq qülləni polislər mühasirəyə alıb və tamaşa etmək üçün bağlayıblar.

Sonuncu dəfə belə hallar bu ilin martında və avqustda qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti