...

Suriyada atışma nəticəsində üç nəfər ölüb, 30 yaralanıb

Hadisə Materials 19 Oktyabr 2013 02:50 (UTC +04:00)
Dəməşqın xristian rayonunun cümə günü minomyot atəşi nəticəsində üç nəfər ölüb və 30 nəfər yaralanıb.
Suriyada atışma nəticəsində üç nəfər ölüb, 30 yaralanıb

Azərbaycan, Bakı, 19 oktyabr / Trend /

Dəməşqın xristian rayonunun cümə günü minomyot atəşi nəticəsində üç nəfər ölüb və 30 nəfər yaralanıb. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə yerli KİV-lər məlumat verir.

Silahlı şəxslər Suriya paytaxtının tarixi hissəsi- Qədim şəhərdə olan Bab Tuma (Fomanın Qapıları) məhəlləsini atəşə tutublar.

Digər təfərrüatlar hələlik məlum deyil.

Cəbhə xətti şəhər mərkəzindən şərqə doğru yerləşən Bab Tuma məhəlləsindən cəmi bir neçə kilometr aralıda keçir. Bununla əlaqədar terror aktlarının baş verməməsi üçün xristianlar rayon əhalisindən blokpostlar təşkil edib və Qədim şəhərin ərazisinə daxil olan bütün maşınların araşdırılmasını aparırlar.

Xəbər lenti

Xəbər lenti