Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Ötən gün Sabunçu rayonu ərazisində "Mercedes" markalı avtomaşının arxa oturacağında Əmircan qəsəbə sakini Ramin Qədimovun meyiti tapılıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, meyitin üzərində zorakılıq əlamətləri görünməyib.