...

Tovuzda "toy karvanı"nda qəza: bir ailənin beş üzvü yaralanıb

Hadisə Materials 4 Noyabr 2013 14:38 (UTC +04:00)
Tovuzda bir ailənin beş üzvünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Tovuzda "toy karvanı"nda qəza: bir ailənin beş üzvü yaralanıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Tovuzda bir ailənin beş üzvünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, qəza "toy karvanı" hərəkətdə olan zaman qeydə alınıb. Vaqif Fətullayevin yüksək sürətlə idarə etdiyi BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. Vaqif Fətullayevlə yanaşı, onun həyat yoldaşı Gülşən Fətullayeva, övladları 10 yaşlı Aysel, 7 yaşlı Yusif və qohumu Aysel Ağayeva Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstələrdən 2-sinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı BDYPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti