...

İraqda qəbiristanda terror aktı: 12 ölü, 25 yaralı

Hadisə Materials 1 Dekabr 2013 13:30 (UTC +04:00)
İraqda terror aktı nəticəsində ən azı 12 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
İraqda qəbiristanda terror aktı: 12 ölü, 25 yaralı

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

İraqda terror aktı nəticəsində ən azı 12 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli icra hakimiyyətinə istinadən xəbər verir.

Terror aktı paytaxt Bağdaddan 80 km şimalda yerləşən əl-Mukdadiyyə şəhərində baş verib.

Naməlum şəxs qəbiristanda dəfn mərasimi zamanı izdiham arasında özünü partladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti