...

Yunanıstanın Baş nazirini Bakıya gətirən təyyarə təcili eniş edib

Hadisə Materials 16 Dekabr 2013 22:46 (UTC +04:00)
Yunanıstanın Baş naziri Antonis Samarası Bakıya gətirən təyyarə təcili eniş edib.
Yunanıstanın Baş nazirini Bakıya gətirən təyyarə təcili eniş edib

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Yunanıstanın Baş naziri Antonis Samarası Bakıya gətirən təyyarə təcili eniş edib.

Trend Yunanıstanın dövlət xəbər agentliyi ANA-MPA-ya istinadən məlumat verir ki, Baş nazirin təyyarəsi havaya qalxdıqdan 15 dəqiqə sonra texniki səbəblərdən Afinanın qərbində yerləşən Elefsinadakı hərbi aeroporta məcburi eniş edib.

Təyyarənin texniki baxışdan sonra yenidən havaya qalxacağı bildirilir.

Qeyd edək ki, Yunanıstanın Baş naziri A.Samaras "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti