...

Bakı-Qazax magistralında iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə Materials 23 Dekabr 2013 03:24 (UTC +04:00)
Ötən gün saat 21 radələrində Bakı-Qazax magistralının Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb.
Bakı-Qazax magistralında iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Ötən gün saat 21 radələrində Bakı-Qazax magistralının Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Bakı istiqamətinə hərəkətdə olan Samir Kərimovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomobil sürücüsü Mustafa Rüstəmov olan "VAZ 2107" markalı avtomobillə toqquşub.

Belə ki, "Daewoo Nexia" ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirərək əvvəlcə yolayrıcındakı dəmir hasarlara, sonra isə VAZ-a dəyib. Nəticədə "Daewoo" magistral yoldan çıxıb.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri xəsarət alıb.

Qəzanın dəqiq səbəbləri araşdırlır.

Xəbər lenti

Xəbər lenti