...

İstanbul-Bəsrə aviareysinin ekipajı hücuma məruz qalıb

Hadisə Materials 7 Yanvar 2014 15:05 (UTC +04:00)
"Türk Hava Yolları"nın İstanbul-Bəsrə (İraq) aviareysi ilə uçan İraq vətəndaşları təyyarə Küveytdə təcili eniş etdikdən sonra ekipaj üzvlərinə hücum çəkiblər.
İstanbul-Bəsrə aviareysinin ekipajı hücuma məruz qalıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir R.Hafizoğlu/

"Türk Hava Yolları"nın İstanbul-Bəsrə (İraq) aviareysi ilə uçan İraq vətəndaşları təyyarə Küveytdə təcili eniş etdikdən sonra ekipaj üzvlərinə hücum çəkiblər. Bu barədə Trend "Radikal" qəzetinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar məcburi eniş edib ki, bu da göyərtədə olan iraqlıların narazılığna səbəb olub.

Pilotlar aeroportun təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar. Onlar pilotlara hücum etmiş şəxsləri saxlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti