...

Gəncədə ikimərtəbəli ev yanıb

Hadisə Materials 9 Yanvar 2014 05:17 (UTC +04:00)
Gəncə şəhərində güclü yanğın baş verib.
Gəncədə ikimərtəbəli ev yanıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Gəncə şəhərində güclü yanğın baş verib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ikimərtəbəli evin ikinci mərtəbəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Qeyd edək ki, yanğın zamanı mənzildə olan şəxslər alovdan xəsarətsiz xilas ola bilib.

Yanğın Müslüm Maqomayev küçəsi, 20 ünvanında Oqtay Abdullayevə məxsus fərdi yaşayış evində baş verib. Alovu söndürmək üçün hadisə yerinə 4 yanğınsöndürən maşın və xeyli sayda yanğınsöndürənlər cəlb olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi ilə yanaşı digər strukturların əməkdaşları da cəlb olunb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti