...

Siyəzənli qadın dəm qazından zəhərlənərək ölüb

Hadisə Materials 22 Yanvar 2014 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Siyəzən rayon sakini dəm qazından zəhərlənərək ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 21-də Siyəzən rayon sakini Venera Babayeva evində dəm qazından zəhərlənərək ölüb.

Dəm qazından daha bir zəhərlənmə hadisəsi Gəncədə baş verib. Yanvarın 20-də Gəncə şəhər sakini Samirə İbrahimova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti