...

Bakıda avtomaşın qaçırmaqla məşğul olan dəstə tutulub

Hadisə Materials 27 Yanvar 2014 13:01 (UTC +04:00)
Bakıda avtomaşın qaçırmaqla məşğul olan dəstə üzvləri saxlanılıb.
Bakıda avtomaşın qaçırmaqla məşğul olan dəstə tutulub

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda avtomaşın qaçırmaqla məşğul olan dəstə üzvləri saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayon Rolis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Namiq Hüseynova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Fərid Xasməmmədov, Etibar Həsənov, Məhəmməd Nəcəfov və Kənan Tağıyev saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 15-də Oruc Əliyevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti