...

Liviya DİN rəhbəri səlahiyyətlərinin icraçısı atəşə tutulub

Hadisə Materials 29 Yanvar 2014 17:14 (UTC +04:00)
Bu gün naməlum şəxslər tərəfindən Liviyanın daxili işlər naziri səlahiyyətlərinin icraçısına qarşı sui-qəsd təşkil olunub.
Liviya DİN rəhbəri səlahiyyətlərinin icraçısı atəşə tutulub

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Bu gün naməlum şəxslər tərəfindən Liviyanın daxili işlər naziri səlahiyyətlərinin icraçısına qarşı sui-qəsd təşkil olunub. Məmurun özü hücum nəticəsində xəsarət almayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Frans Press" agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, naməlum şəxslər nazir vəzifəsini icra edən Seddik Abdulkərimin avtomobilini atəşə tutublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti