...

Qusarda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 1 Fevral 2014 11:05 (UTC +04:00)
Trend-in Regional TV-yə istinadən verdiyi məlumata görə, hadisə rayonun Çiləgir kəndində qeydə alınıb. Nəriman Məmmədova məxsus fərdi yaşayış evinin ümumi sahəsi 18 kvadratmetr olan 2 otaqlı yardımçı tikilisində qaz sızmasından partlayış olub.
Qusarda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Bu gün səhər saatlarında Qusar rayonunda partlayış baş verib.

Trend-in Regional TV-yə istinadən verdiyi məlumata görə, hadisə rayonun Çiləgir kəndində qeydə alınıb. Nəriman Məmmədova məxsus fərdi yaşayış evinin ümumi sahəsi 18 kvadratmetr olan 2 otaqlı yardımçı tikilisində qaz sızmasından partlayış olub.

Nəticədə 2 nəfər xəsarət alıb. Həmin yerdə kirayədə qalanlar - 1950-ci il təvəllüdlü Maral Nüsrət qızı Hacıyeva və onun həyat yoldaşı 1950-ci il təvəllüdlü Şəkixan Cahangir oğlu Hacıyev müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

M.Hacıyevaya 3-cü dərəcəli, onun həyat yoldaşına isə aşağı ətrafların 2-ci dərəcəli yanıq diaqnozu qoyulub. Qadının vəziyyətinin daha ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti