...

Qırğızıstanda mədrəsə binası dağılıb, 56 nəfər xəsarət alıb

Hadisə Materials 3 Fevral 2014 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Qırğızıstanın Jalal-Abad vilayətinin Suzak rayonunun Lenin kəndində ehsan verilməsi zamanı mədrəsənin tavanı dağılıb. Trend-in "AKİpress"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 56 nəfər xəsarət alıb.

Jalal-Abad vilayətinin Daxili İşlər İdarəsinin mətbuat xidmətinin məlumatına görə, kənd mədrəsəsində 58 yaşında vəfat edən imamın ehsan mərasimi keçirilirdi. Ehsanda 700 nəfər iştirak edib. Bu zaman 150-yə yaxın şəxs mədrəsinin ikinci mərtəbəsində olub. Nəticədə köhnə tavan ağırlığa tab gətirməyərək dağılıb.

56 nəfərin xəsarət aldığı hadisədə ölən yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti