...

Kiyevdə iğtişaşlar: 5 ölü, 71 yaralı

Hadisə Materials 18 Fevral 2014 22:29 (UTC +04:00)
Bu gün Ukraynanın paytaxtı Kiyevin mərkəzindəki qarşıdurmalar nəticəsində 5 nəfər ölüb, 71 nəfər xəsarət alıb.
Kiyevdə iğtişaşlar: 5 ölü, 71 yaralı

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Bu gün Ukraynanın paytaxtı Kiyevin mərkəzindəki qarşıdurmalar nəticəsində 5 nəfər ölüb, 71 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə Kiyev şəhər administrasiyasının rəsmi saytı yazır.

Səhiyyə müəssisələrinə tibbi yardım üçün müraciət edən 71 nəfərdən 59-u xəstəxanalara yerləşdirilib.

Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlar zamanı 2 milis işçisinin həlak olduğunu bildirmişdi.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti