...

Bakıda məişət obyektlərinə qənim kəsilən şəxs tutulub

Hadisə Materials 3 Mart 2014 10:16 (UTC +04:00)
Bakıda bir neçə məişət obyektindən oğurluq etmiş şəxs tutulub.
Bakıda məişət obyektlərinə qənim kəsilən şəxs tutulub

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/

Bakıda bir neçə məişət obyektindən oğurluq etmiş şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əşraf Məmmədov tutulub.

Məlum olub ki, o, yanvarın 24-də Babək prospektində yerləşən, Səfura Nərimanovaya məxsus mağazadan, fevralın 14-nə keçən gecə Q.Nəbi küçəsində yerləşən, Məhbubə Eyvazlıya məxsus gözəllik salonundan, fevralın 27-də isə Sarayevo küçəsində yerləşən, Sevil Quliyevaya məxsus mağazadan oğurluq edib.

Bundan başqa, Ə.Məmmədov fevralın 20-nə keçən gecə N.Tusi küçəsində yerləşən, Yaşar Nəsibova məxsus dərzi sexini, Samirə Mikayılovaya məxsus gözəllik salonunu və Elşad Mustafayevə məxsus mağazanı qarət edib. Yaxalanan şəxs fevralın 27-də E.Mustafayevin mağazasından yenidən oğurluq edib.

Sadalanan faktlarla əlaqədar cinayət işi açılıb, istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti