Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/
Qadınları fahişəliyə cəlb etdiklərinə görə Bakı şəhərinin 3 sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumatlar əsasında İdarə əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Keçirilən əməliyyat tədbiləri nəticəsində Bakı şəhərinin 3 sakini saxlanılıb. Onların hər üçü qadındır. Bunlar - Rəna Əliyeva, Elnarə Ələsgərova və Rəvşalə Əliyevadır.
Onların gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdikləri məlum olub.