...

DİN polis serjantının iştirakı ilə baş vermiş yol qəzası barədə rəsmi məlumat yayıb

Hadisə Materials 11 Mart 2014 13:16 (UTC +04:00)
DİN polis serjantının iştirakı ilə baş vermiş yol qəzası barədə rəsmi məlumat yayıb.
DİN polis serjantının iştirakı ilə baş vermiş yol qəzası barədə rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

DİN polis serjantının iştirakı ilə baş vermiş yol qəzası barədə rəsmi məlumat yayıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 10-na keçən gecə Səbail rayonu Azadlıq prospekti ev 27-nin qarşısında Ağdam rayon sakini Canpolad Otarudun idarə etdiyi "VAZ-21074" markalı və Elnur Məmmədovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. C.Otarudun sərnişini, Bərdə rayon sakini Nəbi Əzizov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin serjantıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti