Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/
İrandan gələn Azərbaycan vətəndaşından narkotik vasitələr götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Sərxan Quliyevin üzərində şəxsi yoxlama zamanı ondan dörd ədəd bükümdə narkotik vasitələr - ümumi xalis çəkisi 213,34 qram olan həşiş, xalis çəkisi 29,864 qram olan tiryək, xalis çəkisi 3,268 qram olan heroin və xalis çəkisi 6,197 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.