...

Gəncə Dövlət Filarmoniyasının binası uçub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 Mart 2014 18:23 (UTC +04:00)
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, bu gün saat 18:00 radələrində inşa olunan tikilidə beton plitələr uçub.
Gəncə Dövlət Filarmoniyasının binası uçub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Gəncə Dövlət Filarmoniyasının tikilməkdə olan yeni binası uçub.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, bu gün saat 18:00 radələrində inşa olunan tikilidə beton plitələr uçub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığını araşdırır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və təcili tibbi yardım stansiyasının əməkdaşları gəliblər.

Qeyd edək ki, inşaat işləri gedən ərazidə əvvəllər "Bakı" kinoteatrı yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti