...

Bakıda Böyük Britaniya vətəndaşına qarşı quldurluq edən şəxslər tutulub

Hadisə Materials 17 Mart 2014 12:18 (UTC +04:00)
Bakıda quldurluqla məşğul olan iki nəfər nəfər tutulub.
Bakıda Böyük Britaniya vətəndaşına qarşı quldurluq edən şəxslər tutulub

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Bakıda quldurluqla məşğul olan iki nəfər nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Andrey Sorokin DİN-nin "102" xidmətinə zəng vuraraq, martın 8-i saat 02 radələrində Z.Əliyeva küçəsində naməlum şəxslərin arxadan onun baş nahiyyəsinə vuraraq cibindən 500 manat, 2 ədəd bankomat kartı, mobil telefonu və şəxsiyyət vəsiqəsini götürdüklərini bildirib.

DİN Baş Cinayət-Axtarış İdarəi, Bakı şəhər Baş Polis İdarəsinin "Təhlükəsiz Şəhər" Xidməti və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Qabil Cəfərov və Kamran Aslanov 39-cu tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, onlar martın 13-də Nəsimi rayonu Səməd Vurğun küçəsində Böyük Britaniya vətəndaşı Hughes Robertə də təzyiq edərək qızıl üzüyünü, qol saatını və 2 ədəd mobil telefonunu götürüb qaçıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti