...

Yardımlıda minik avtomobili ilə yanacaq daşıyan avtomobil toqquşub

Hadisə Materials 27 Aprel 2014 19:56 (UTC +04:00)
Azərbaycanda minik avtomobil ilə yanacaq daşıyan avtomobil toqquşub.
Yardımlıda minik avtomobili ilə yanacaq daşıyan avtomobil toqquşub

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycanda minik avtomobil ilə yanacaq daşıyan avtomobil toqquşub.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yardımlı rayonu, Köryədi kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşlara məxsus "MERCEDES" markalı minik avtomobili və "ZİL" markalı yanacaq daşıyan yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yük avtomobiliin aşdığı və yanacağın ətrafa dağıldığı məlum olub. Yanğın bölmələri yanğın təhlükəsiziliyini təmin etmək məqsədi ilə hadisə yerində soyutma işləri aparıb və dağılmış yanacaq yuyulub.

Xəbər lenti

Xəbər lenti