Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/
Balakən rayonunun ərazisindən odlu silah və vasitələri tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Poçtbinə kəndinin ərazisindən nömrəsi silinmiş "AKM" silahı, qaz tapançası və 86 ədəd patron tapılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbiləri davam etdirilir.