Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/
Masallı rayon sakini yıxılaraq aldığı xəsarətdən ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 20-də Masallı rayonu, Mahmudavar kəndinin otlaq sahəsində Separadi kənd sakini Tarverdi Məmmədov idarə etdiyi "MMZ-4502" markalı avtomobilə ot bağlaması yığarkən avtomobilin yük yerində olan kənd sakini Orxan Babayev yıxılıb. Nəticədə O.Babayev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.