...

Türkiyə ilə sərhədi pozan erməni 9 ay müddətinə həbs edilib

Hadisə Materials 5 İyun 2014 16:38 (UTC +04:00)
Ermənistanın Araqatsavan kəndinin sakini Yurik Avdoyan Ermənistan-Türkiyə sərhədini pozduğuna görə 9 ay müddətinə həbs edilib.
Türkiyə ilə sərhədi pozan erməni 9 ay müddətinə həbs edilib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Ermənistanın Araqatsavan kəndinin sakini Yurik Avdoyan Ermənistan-Türkiyə sərhədini pozduğuna görə 9 ay müddətinə həbs edilib. Bu barədə Trend "Armenia Today"-ə istinadən məlumat verir.

Bu il martın 11-də həmin şəxs inzibati ərazidə Türkiyə ilə sərhədi pozub. Lakin hüquq-mühafizə orqanları tərəfindən tutularaq martın 14-də Türkiyə ilə sərhəddə yerləşən RF FTX-nin əməkdaşlarına təhvil verilib.

Elə həmin gün Y.Avdoyan Ermənistan MTŞ-yə təhvil verilib. Müttəhim günahını etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti