...

DİN Naxçıvanda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 12 İyun 2014 15:25 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Naxçıvan MR-in Kəngərli rayonunun Qabıllı kəndi ərazisində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN Naxçıvanda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Naxçıvan MR-in Kəngərli rayonunun Qabıllı kəndi ərazisində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 11-də saat 19 radələrində Kəngərli rayonunun Qabıllı kəndinin ərazisində Şərur rayon sakini Elmar Fətullayevin idarə etdiyi "NAZ LİFAN" və Şahbuz rayon sakini Elşən Şirinovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

E.Fətullayevin sərnişinlərindən Şərur rayon sakinləri Kubra Əliyeva, onun oğlanları Uğur, Umud, Bakı şəhər sakinləri Hüseyn Hüseynov və Gülü Hüseynova hadisə yerində ölüb, digər sərnişini - Şərur rayon sakini Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "KamAZ" markalı avtomobil Müdafiə Nazirlyinin Naxçıvandakı N saylı hərbi hissəsinə məxsus olub. Hadisə zamanı "KamAZ"ın sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Şirinov Elşən Salamullah oğlu da xəsarət alıb. O, hərbi hospitala yerləşdirilib.

Faktı Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti