...

Qax sakininin evini yandıran şəxs qardaşı imiş

Hadisə Materials 19 İyun 2014 13:38 (UTC +04:00)
Qax rayon sakininə məxsus evi yandıran şəxs tutulub.
Qax sakininin evini yandıran şəxs qardaşı imiş

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Qax rayon sakininə məxsus evi yandıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 17-də saat 19 radələrində Qax rayonunun Gürcü Kötüklü kənd sakini Mediko Babacanaşviliyə məxsus evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə münaqişəsi zəminində törətmiş qardaşı İosif tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti