...

Azərbaycanda 3 nəfər suda boğularaq ölüb

Hadisə Materials 30 İyun 2014 12:19 (UTC +04:00)
Ötən gün ərzində Azərbaycanda 3 nəfər suda boğulub.
Azərbaycanda 3 nəfər suda boğularaq ölüb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən gün ərzində Azərbaycanda 3 nəfər suda boğulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 28-də Şirvan kanalının Göyçay şəhərinin ərazisindən keçən hissəsində Zərdab rayon sakini Elnar Məmmədov çimərkən suda boğulub. E.Məmmədovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Bakı şəhər sakini Ruslan Abdullayev Quba rayonu Qırız Dəhnə kəndində Qudyalçay çayında qayıqdan yıxılaraq suda boğulub.

Şəmkir rayonu Seyfəli kəndinin ərazisində kənd sakini Elvin Gözəlov Şəmkir çayında çimərkən suda boğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti