...

Rusiyada qətlə görə axtarışda olan şəxs Azərbaycanda tutulub

Hadisə Materials 18 İyul 2014 14:41 (UTC +04:00)
Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə axtarışda olan azərbaycanlı tutulub.
Rusiyada qətlə görə axtarışda olan şəxs Azərbaycanda tutulub

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə axtarışda olan azərbaycanlı tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 17-də Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Roman Quliyev tutulub.

R.Quliyevin barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarış elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti