...

Rusiyanın Stavropol diyarında baş verən qəzada xəsarət alan azərbaycanlıların adları açıqlanıb

Hadisə Materials 18 İyul 2014 21:20 (UTC +04:00)
İyulun 18-də saat 06:00 radələrində Rusiya Federasiyasının Stavropol diyarının Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda Azərbaycan vətəndaşlarının iştirakı ilə avtomobil qəzası baş vermişdir.
Rusiyanın Stavropol diyarında baş verən qəzada xəsarət alan azərbaycanlıların adları açıqlanıb

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İyulun 18-də saat 06:00 radələrində Rusiya Federasiyasının Stavropol diyarının Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda Azərbaycan vətəndaşlarının iştirakı ilə avtomobil qəzası baş vermişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi dərhal Stavropol diyarının polis idarəsinin növbətçi hissəsi ilə əlaqə saxlayaraq, qəzanın təfərrüatı ilə maraqlanmışdır.

Növbətçi hissənin məlumatına əsasən, qəza nəticəsində avtomobillərdən birinin sürücüsü olan yerli sakin həyatını itirmiş, yeddi nəfər isə yaralanmışdır.

Yaralanan 7 nəfərdən beşi Azərbaycan Respublikasının İmişli rayon sakinləri Əliquliyev Sərəddin Əmir oğlu, Qurbanova Urqiyyə Zülfüqar qızı, Rüstəmli Əsədulla Bəhlul oğlu, İbadlı Əmir Ehtiram oğlu və Abışov Rəis Baloğlan oğludur.

Həmçinin polis idarəsindən bildirilmişdir ki, xəsarət alan soydaşlarımızın vəziyyəti ağırdır. Onlar Georgiyevsk rayon xəstəxanasının cərrahiyə və reanimasiya şöbələrinə yerləşdirilmişdirlər. Adları qeyd olunan azərbaycanlılar Pyatiqorsk şəhərinə qohumlarını ziyarət etmək üçün səfərə yollanmışdırlar.

Səfirlik Ümumrusiya Azərbaycan Konqresinin Stavropol diyarı üzr regional bölməsinin rəhbəri Fəxrəddin Yarıyev ilə əlaqə saxlamış və ondan xəsarət almış soydaşlarımıza lazımi yardımın göstərilməsini xahiş etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti