...

Bakıda arvadını qətlə yetirən qısqanc ər tutulub

Hadisə Materials 21 İyul 2014 11:33 (UTC +04:00)
Bakıda həyat yoldaşını qətlə yetirən Masallı sakini tutulub.
Bakıda arvadını qətlə yetirən qısqanc ər tutulub

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda həyat yoldaşını qətlə yetirən Masallı sakini tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Əhmədli küçəsində kirayəşin yaşayan Masallı rayon sakini, 1981-ci il təvəllüdlü Elsevər Şükürov Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

E.Şükürov iyulun 18-də kirayə yaşadığı evdə, qısqanclıq zəminində həyat yoldaşı - 1983-cü il təvəllüdlü Rəqsanə Rəfael qızını baçaqla qətlə yetirdiyinə görə həbs olunub.

Faktla bağlı istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti