...

Son iki gündə Azərbaycanda 4 nəfər suda boğulub

Hadisə Materials 19 Avqust 2014 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Son iki gündə Azərbaycanda 4 nəfər suda boğulub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Bakı şəhər sakini Elşad Alməmmədov Pirşağı çimərliyində, avqustun 18-də Bərdə rayon sakini Miryaqub Qarazadə Ağcabədi rayonunun Qaravəlli kəndində Yuxarı Qarabağ kanalında çimərkən, Quba rayonunun Qaraçay kənd sakini Həzrət Səlimov kənddəki göldə çimərkən, Quba şəhər sakini Əliağa Əliyev Xaçmaz rayonu Muxtadır qəsəbəsində dənizdə çimərkən suda boğulublar.

Onların meyitləri çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti