Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/
Siyəzən rayonunda avtomobillə aşaraq su kanalına düşmüş 2 nəfərin axtarışları davam edir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 28-də saat 21 radələrində Siyəzən rayonunun Nardaran kəndində Siyəzən şəhər sakini Əlövsət Babayev "VAZ-21074" markalı avtomobili "Taxta körpü" su anbarından Bakı istiqamətinə gedən su kanalının Ataçay yaxınlığındakı körpünün üzərində idarə edərkən, avtomobil sürüşərək kanala düşüb. Ə.Babayevin sərnişinlərindən - oğlu Əlisgəndər və Xızı rayon sakini Rəşad Əmirov təxminən 2 km-dən sonra kanaldan çıxmağa nail olublar.
Avtomobil kanaldan çıxarılıb, Ə.Babayevin və digər sərnişini - Bakı şəhər sakini Əlikişi Şirinovun tapılması istiqamətində tədbirlər görülür.
Hadisə ilə bağlı Siyəzən Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.