Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Küveyt diplomatları Ankarada türkiyəli hərbi pilotu döyüblər.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, diplomatlar və hərbi pilot Xaqan Qaraquş arasında insident sonuncunun onlardan yol vermələrini xahiş etməsi üzündən baş verib.
Pilota hücum edənlər arasında Küveytin Ankaradakı səfirliyinin hərbi attaşesi də olub.
İnsident nəticəsində türkiyəli pilot ciddi bədən xəsarətləri alıb.
Fakt üzrə araşdırma aparılır.