...

Qəbələdə güclü zəlzələ olub, dağıntı yoxdur (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Oktyabr 2014 11:35 (UTC +04:00)
Qəbələdə və Şəkidə zəlzələ baş verib.
Qəbələdə güclü zəlzələ olub, dağıntı yoxdur (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub. İlk məlumat saat 11:09-da yayılıb.

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Qəbələdə və Şəkidə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akadmeiyasının (AMEA) Respublika Seysmoloji mərkəzindən trend-ə bildiriblər ki, bu gün yerli vaxtla saat 09:59:33-də Qəbələdən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb.

Yerin 5 km dərinliyində baş verən zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bala qədər hiss olunub.

Qəbələ Rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, hələlik zəlzələ ilə əlaqədar rayonda hər hansı insan tələfatı və dağıntı faktı qeydə alınmayıb. Hazırda bununla yanaşı, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən araşdırma aparırlar.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 05:25:37-də Şəkidə də zəlzələ baş verib. Zəlzələ Şəkidən 6 km şimali-şərqdə, yerin 9 km dərinliyində qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti