...

Bakıda üç avtomobil alışdı

Hadisə Materials 11 Oktyabr 2014 10:14 (UTC +04:00)
Bakı şəhərində üç avtomobil yanıb.
Bakıda üç avtomobil alışdı

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı şəhərində üç avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Peugeot" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanıb.

Xətai rayonunda sahibi məlum olmayan "Opel" markalı minik avtomobilinin isə mühərriki və qabaq təkəri yanıb.

Digər bir yanğın hadisəsi Xəzər rayonunda baş verib. Vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunub.

Hər üç maşın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti