...

ABŞ-da "Ebola"ya yoluxduğu ehtimal edilən uşaq xəstəxanaya yerləşdirildi

Hadisə Materials 27 Oktyabr 2014 19:44 (UTC +04:00)
Bu yaxınlarda Qvineyadan gəlmiş 5 yaşlı oğlan uşağı "Ebola" virusunun əlaməti olan yüksək hərarətə görə Nyu Yorkdakı xəstəxanaların birində tibbi müayinədən keçir.
ABŞ-da "Ebola"ya yoluxduğu ehtimal edilən uşaq xəstəxanaya yerləşdirildi

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Bu yaxınlarda Qvineyadan gəlmiş 5 yaşlı oğlan uşağı "Ebola" virusunun əlaməti olan yüksək hərarətə görə Nyu Yorkdakı xəstəxanaların birində tibbi müayinədən keçir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, "Belvyu" xəstəxanasının həkimləri uşağın səhhətinə nəzarət edirlər.

O, hazırda təcrid olunmuş vəziyyətdədir və "Ebola"ya görə testdən keçməyib. Digər məlumata əsasən, uşağın ailəsinin 5 üzvü öz evlərində karantinə alınıb.

İndiyədək ABŞ-da "Ebola" virusundan liberiyalı Tomas Dunkan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının oktyabrın 25-nə olan məlumatına görə, dünyada 10 141 nəfərdə "Ebola" virusu aşkarlanıb, bu xəstəlikdən ölənlərin sayı isə 4922-yə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti