Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Mingəçevirdə köməksiz azyaşlıya yardım edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar.
Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.