...

Bakıda məhkumun dayısı qızının alt paltarından narkotik maddə çıxdı (FOTO)

Hadisə Materials 10 Noyabr 2014 10:16 (UTC +04:00)
Bakıda məhkumla görüşə gəlmiş dayısı qızının alt paltarında narkotik maddə aşkar edilib.
Bakıda məhkumun dayısı qızının alt paltarından narkotik maddə çıxdı (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda məhkumla görüşə gəlmiş dayısı qızının alt paltarında narkotik maddə aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emin Çingiz oğlu Cəfərlinin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı - Bakı şəhəri, 1-ci Alatava, ev 16-da qeydiyyatda olan vətəndaş Tamilla Maqsudovna Ağayevanın və dayısı qızı - Zaqatala şəhəri, Təbriz küçəsi, ev 31A-da qeydiyyatda olan vətəndaş Elnarə Eldar qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı vətəndaş E.İsmayılovanın alt paltarında gizlətdiyi kibrit qutusunun içərisindən xalis çəkisi 2,65 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Cəfərli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti