Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlkin İzzət/
Sumqayıtda vətəndaşlara məxsus evləri qəsdən yandıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 8-də Xəzər bağlar sahəsində Sumqayıt şəhər sakini Sirac İdrisova və Mahmud Rəhimliyə məxsus evlər qəsdən yandırılıb.
Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Rəşad Məmmədov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.