Azərbaycan, Bakı, 16 noyabr /Trend/
ABŞ-da DuPont zavodunda kimyəvi maddələrin atılması nəticəsində ən azı dörd nəfər həlak olub və bir nəfər xəstəxanaya yerləşdirilib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.
Click2Houston xəbər portalının məlumatına görə, hadisə Texas ştatının şərqində La Port şəhərindəki zavodda baş verib. Kimyəvi maddələrin atılmasından sonra müəssisənin əməkdaşları qəza xidmətini çağırıblar.
Zavodun bəyanatına əsasən, kimyəvi maddələrin birbaşa təsirinə məruz qalmış dörd nəfər ölüb. Bir işçinin xilas etmək mümkün olub, o, yerli hospitala müalicə üçün yerləşdirilib.