...

Bakıda çörəyin içindən telefon çıxdı (FOTO)

Hadisə Materials 17 Noyabr 2014 13:12 (UTC +04:00)
Bakıda İstintaq təcridxanasına gətirilən çörəyin içindən telefon çıxıb.
Bakıda çörəyin içindən telefon çıxdı (FOTO)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda İstintaq təcridxanasına gətirilən çörəyin içindən telefon çıxıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Ramin Tahir oğlu Məmmədova dostu Murad Valis oğlu Nağıyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Eti Mek" qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş iki ədəd qara rəngli "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ramin Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 66.3. maddələrinə əsasən, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti