...

Bakıda piyada ağırtonnajlı yük avtomobilinin altında qalaraq ölüb

Hadisə Materials 26 Noyabr 2014 13:19 (UTC +04:00)
Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bakıda piyada ağırtonnajlı yük avtomobilinin altında qalaraq ölüb

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakının Sabunçu rayonunda bş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də saat 13 radələrində Sabunçu rayonunun Heydər Əliyev prospektində Kəngərli rayon sakini Natiq Əsgərov idarə etdiyi "MAN" markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Tural Aslanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti