Bakıda 17 yaşlı qız məktəblinin telefonunu oğurlayıb

Hadisə Materials 10 Dekabr 2014 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda məktəblinin çantasından oğurluq edən şəxs müəyyən olunub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də günorta saatlarında Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Aysel Orucovanın məktəbli çantasından mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Mehriban Həmdəmova müəyyən olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti