...

Küveyt səfirliyinin işçisi səfirin pullarını oğurlayıb

Hadisə Materials 10 Dekabr 2014 13:03 (UTC +04:00)
Küveytin Azərbaycandakı səfirinin bank kartından pul mənimsəmiş şəxs müəyyən edilib.
Küveyt səfirliyinin işçisi səfirin pullarını oğurlayıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İlkin İzzət/

Küveytin Azərbaycandakı səfirinin bank kartından pul mənimsəmiş şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək cari il iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinməsini bildirib.

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəssisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti