...

Bakıda partlayış nəticəsində 5 nəfər xəsarət alıb

Hadisə Materials 11 Yanvar 2015 09:07 (UTC +04:00)
Bakıda partlayış nəticəsində 5 nəfər xəsarət alıb.
Bakıda partlayış nəticəsində 5 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Bakıda partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan iki otaqlı mənzildə yanğınla nəticələnən partalyış baş verib.

Nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m, eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 20 kv.m) yanıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb. Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti