...

Bakıda VAZ markalı avtomobillərə qənim kəsilən gənclər tutulublar

Hadisə Materials 12 Yanvar 2015 10:16 (UTC +04:00)
Bakıda VAZ markalı 4 avtomobili oğurlamış 5 gənc tutulub.
Bakıda VAZ markalı avtomobillərə qənim kəsilən gənclər tutulublar

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda VAZ markalı 4 avtomobili oğurlamış 5 gənc tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12 və 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Amil Abışova, Əzim Ovçuyevə, Urşan Quliyevə məxsus "VAZ 2107", Arif Məmmədova məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar.

Bunlar 1992-ci il təvəllüdlü Rahədin Məmmədov, 1993-cü il təvəllüdlü Əhliman Səlimov, 1991-ci il təvəllüdlü Hüseyn Quliyev, Biləsuvar rayon sakini 1997-ci il təvəllüdlü Əmrah Əsgərli, Şərur rayon sakini 1996-cı il təvəllüdlü Əmrah Fərəcovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti